
Biz Azərbaycandayıq. Məni kimsə udmaq istəyirsə, tapança gətirin, vursun məni".
Sportnet.az xəbər verir ki, bunu əslən azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov ABŞ təmsilçisi Nikolas Mottaya ikinci raundda nokautla qalib gəldiyi döyüşdən sonra deyib.
"Rəqibim kifayət qədər güclüdür. Məni birinci raundda məğlub etmək istəyirdi, alınmadı. Çünki biz Azərbaycandayıq. Mənim vətənim Azərbaycandır. Yaşasın Azərbaycan!", - deyə o vurğulayıb.