
Rusiyalı MMA döyüşçüsü, UFC-nin yarımağır çəkidə çempion Maqomed Ankalaev Bakıda keçirilən UFC turnirinin əsas döyüşünü sərt tənqid edib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı idmançı ABŞ-dan olan Xalil Rauntrinin həmyerlisi Camal Hilli hakimlərin yekdil qərarı ilə məğlub etməsinə münasibət bildirib.
“Mən yuxulayıram. Bu, karate deyil, pis idman ustalığıdır”, – deyə Ankalayev sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Maqomed Ankalaev MMA-da 23 döyüş keçirib və 21 qələbə qazanıb. O, UFC-də çəki dərəcəsindən asılı olmayaraq, döyüşçülərin reytinqində 6-cı pillədə qərarlaşıb.