
Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov qarşılaşmaq istədiyi rəqibi açıqlayıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı idmançı instaqram hesabında Maks Holloueylə üz-üzə gəlmək istədiyini yazıb.
“Ən böyük arzum Maks Holloueylə ilə döyüşməkdir. Ümid edirəm ki, o təqaüdə çıxmadan bu döyüş baş tutar. Bəlkə də BMF kəməri uğrunda?”, - deyə Sadıxov bildirib.
Qeyd edək ki, Nazim Sadıxov iyulun 21-də Bakıda təşkil olunan UFC turnirində braziliyalı Nikolas Mottanı nokaut edib. Onun MMA karyerasında keçirdiyi 13 döyüşdə 11 qələbə, bir heç-heçə və eynisayda məğlubiyyəti var. Maks Hollouey isə 34 görüşün 26-da qələbə qazanıb, 8-də uduzub. O, yarım yüngül çəkidə sabiq kəmər sahibidir.