
Qazaxıstanın Aktau şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Sportnet.az xəbər verir ki, sentyabrın 2-də başlayacaq Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan millisinin heyəti də mübarizə aparacaq. Məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında rinqə bu idmançılar çıxacaqlar:
- 55 kq: Zəlimxan Süleymanov
- 60 kq: Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov
- 65 kq: Malik Həsənov, Ruslan Rüstəmov
- 70 kq: Nicat Əlirzayev
Qeyd edək ki, bu gün səfərə yollanan millimiz sentyabrın 7-də Bakıya qayıdacaq.