Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edəcək.
Təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 12:00-dan, final bloku isə 17:30-dan etibarən canlı olaraq
JudoTV.com saytında yayımlanacaq.
Oğlanlar
60 kq, 1/8 final
Nihad Məmişov – Qor Safaryan (Ermənistan) / Asxab İsayev (Belçika) cütünün qalibi ilə
Fərid Qarayev – Luka Kabesana (Almaniya) / Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə
66 kq, 1/16 final
Məhəmməd Musayev – Edvard Yakimov (Estoniya)
Nizami İmranov – Yakub Kurovski (Polşa) / Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə
73 kq, 1/16 final
Əbil Yusubov – Georqios Kotsaxristos (Yunanıstan)
81 kq, 1/16 final
Süleyman Şükürov – Duşan Qraxovac (Serbiya)
90 kq, 1/16 final
Aslan Kotsoyev – Levente Kiss (Macarıstan)
100 kq, 1/16 final
Davud Namazlı – İvan Titinkin (IJF)
+100 kq, 1/8 final
Ramazan Əhmədov – Yannis Antoniu (Kipr)
48 kq, 1/16 final
Fəridə Mirzəyeva – Viktoriya Slaşok (Polşa)
52 kq, 1/16 final
Xədicə Qədəşova – Nino Tatrişvili (Gürcüstan)
Aydan Vəliyeva – Klara Erten (Almaniya)
+78 kq, 1/8 final
Nigar Süleymanova – Emma-Melis Aktaş (Estoniya)
Qarışıq komanda yarışı
Qarışıq komanda
1/4 final
Azərbaycan – Yunanıstan / İsveçrə cütünün qalibi ilə