
Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki 90 kq çəki dərəcəsində çıxış edən millimizin lideri 1/4 finalda Türkiyə təmsilçisi Emrah Yaşarla üz-üzə gəlib.
Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu nəticə ilə boksçumuz artıq ən azı bürünc medalını da təmin edib.
Yarımfinalda Alfonso Dominqes Braziliya təmsilçisi Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, axşam sessiyasında 75 kq çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov da 1/4 final döyüşünə çıxacaq.