
Azərbaycan III MDB Oyunlarında növbəti medal qazanıb.
Sportnet.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanların komanda yarışında yığma finalda Rusiya ilə üz-üzə gəlib.
Rəqibinə 35:45 hesabı ilə uduzan milli gümüş medal əldə edib. Rusiya komandası isə oyunların çempionu olub.
Qeyd edək ki, qılıncoynatma yarışları Gəncə İdman Sarayında keçirilir.