
Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası oktyabrın 17-də Meksikanın Qvadalaxara şəhərində start götürəcək Qran Priyə qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda baş məşqçi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 idmançı çıxış edəcək.
Onların arasında olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də var.
Heyətə Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) daxil edilib.
Qeyd edək ki, Qran Pridə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) yarışacaq.