
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 6 cüdoçusu medalçılar sırasında yer alıb.
Tofiq Məmmədov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.
Hüseyn Allahyarov (60 kq) ilə Ülviyyə Bayramova (57 kq) gümüş medala yiyələniblər.
Elşən Əsədov (66 kq) və İbrahim Əliyev (73 kq) millinin aktivinə bürünc medal yazdırıblar.
Qeyd edək ki, açıq turnirə Azərbaycan millisi 25 cüdoçu ilə qatılıb.