
Perunun paytaxtı Limada cüdo üzrə Qran Priyə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 təmsilçisi medal qazanıb.
Əhməd Yusifov 60 kq çəkidə gümüş medala sahib olub. Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq), eləcə də Könül Əliyeva (48 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, Qran Priyə oktyabrın 13-də yekun vurulacaq.