Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb.
60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb.
Bu, 22 yaşlı cüdoçunun Dünya Cüdo Turunda ilk mükafatı olub.
Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.



































































