Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü günündə Azərbaycan millisinin daha 3 idmançısı qələbə qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Zəlimxan Süleymanov (54 kq) 1/16 finalda Kxaya Sonqve (Esvatini) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.
O, növbəti qarşılaşmasında Rafael Losanonu (İspaniya) sınağa çəkəcək.
Məhəmmədəli Aşurəliyev (60 kq) daha bir mərhələ adlayıb. O, ikinci görüşündə Raşid Mrema (Tanzaniya) ilə mübarizə aparmalı olsa da, rəqib rinqə çıxmayıb. Aşurəliyev 1/8 finalda Enrike Kakulovla (İspaniya) gücünü yoxlayacaq.
Səidcəmşid Cəfərov (75 kq) da debütünü qələbə ilə başa vurub. Boksçumuz Maykl Likaluya (İBA) qalib gəlib – 4:3 (29:28, 29:28, 28:29, 29:28, 28:29, münsiflər 1:1). Cəfərov 1/8 finalda Amir Abbasla (Bəhreyn) münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, mundaiala dekabrın 13-də yekun vurulacaq.
















































































