Boks üzrə Azərbaycan çempionatında bu gün kişilər arasında 1/4 final, qadınlar arasında 1/2 final mərhələsinin döyüşlərinə start verilib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda qalib gələn Lalə Mədətova, Mehparə Məmmədova, Emili Rzayeva və Səlbi Bayramova adını finala yazdırıb.
Kişi boksçuların mübarizəsində isə 5 çəkidə 1/2 finala vəsiqə qazananlar müəyyənləşib. Bu çəkilərdə qalib gələnlər mərhələ adlamaqla yanaşı, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Azərbaycan çempionatı
25 yanvar
Qadınlar
1/2 final
48 kq
Lalə Mədətova (Z-1 İK) – Mariya Sadıqova (“Firuz” BK) – 5:0
Mehparə Məmmədova (MOİK) – Aysu İsmayılova (“Neftçi” İK) – 5:0
60 kq
Emili Rzayeva (“Neftçi” İK) – Güləndam Aslanova (“Qızıl əlcək” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib
Lalə Namazlı (DİN İC) – Səlbi Bayramova (Sumqayıt) – birinci zədələndiyi üçün həkim döyüşü saxlayıb, ikinci qalib elan olunub
Kişilər
1/4 final
55 kq
Nicat Hüseynov (“Neftçi” İK) – Mətin Məmmədov (“Zabit Səmədov” DM) – 5:0
Fərid İsmayılzadə (“Qızıl əlcək” İK) – Zidan Hünbətov (“Dəmir Yumruq” BİK) – 0:5
Zəlimxan Süleymanov (MOİK) – Həsən Məlikov (“Neftçi” İK) – 5:0
Tural Sarıyev (“Neftçi” İK) – Amin Məmmədzadə (“Qızıl əlcək” İK) – 0:5
70 kq
Sərxan Əliyev (“Neftçi” İK) – Əzədulla Camaləddinov (“Səbail” İK) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib
Murad Seyidli (“Qızıl əlcək” İK) – Vüqar Məmmədov (DİN İC) – 0:5
Mehdi Həsənov (“Qızıl əlcək” İK) – Nicat Alırzayev (“Dəmir Yumruq” BİK) – 2:3
Rövşən Abbasov (DİN İC) – Nəbi İsgəndərov (“Neftçi” İK) – 0:5
75 kq
Abbasqulu Şadlinski (“Dəmir Yumruq” BİK) – Ələkbər Verdiyev (888 BK) – 5:0
Nurlan Malikov (Sumqayıt) – Minad Seyidov (“Neftçi” İK) – 5:0
Əyyub Allahquliyev (“Zabit Səmədov” DM) – Novruzəli Quliyev (MOİK) – 0:5
Vüsal Verdiyev (Gəncə) – Rasim Çobanlı (DİN İC) – 0:5
85 kq
Pərviz Rəsulov (“Abşeron” İK) – İbrahim İsmayılov (Z-1 İK) – 0:5
Ramal Həsənli (MOİK) – İlkin Babayev (“Ağa” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib
Seyfəli Yusifzadə (KNOUT) – Heydər Məmmədov (DİN İC) – ikinci diskvalifikasiya olunub
+90 kq
Kənan Nəcəfov (Z-1 İK) – Qurban Cəfərov (“Səbail” İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib
Xəqani Abdullayev (MOİK) – Batraz Mildzoxov (ABF) – ikinci ikinci raundda tam üstünlüklə qalib gəlib
Mirxəyal Məmmədov (Gəncə) – Əhməd Mustafayev (Z-1 İK) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib
Ələkbər Ələkbərov (“Cənub” BK) – Səbuhi Əlizadə (Gəncə) – birinci diskvalifikasiya olunub
Qeyd edək ki, sabah daha 23 döyüş keçiriləcək. Bakı Boks Mərkəzində saat 12:00-da başlanacaq görüşlərdə qadın boksçular finala, kişi idmançılar yarımfinala vəsiqə uğrunda güclərini yoxlayacaqlar.




















































































