Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqənin ilk yarış gününə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi günü 1 qızıl, 1 bürünc medalla 3-cü pillədə başa vurub.
Bu gün tatamiyə çıxmış 3 cüdoçudan Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
2 qızıl, 2 bürünc medal qazanan Fransa günü lider kimi tamamlayıb. Yaponiya isə 1 qızıl, 1 gümüş, 4 bürünc medalla 2-ci yerdə qərarlaşıb.
Digər qızıl medalları Braziliya, Kosovo və Birləşmiş Ərəb Əmirlikləri əldə edib.
Yarışda yalnız kişilərin mübarizəsində təmsil olunan Azərbaycan bu kateqoriyada Yaponiya ilə eyni sayda medalla ilk 2 pilləni bölüşür.
Qeyd edək ki, fevralın 8-də Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulacaq.





















































































