Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə “Muhamet Malo” turnirinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, reytinq xarakterli yarışın son günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 72 kq, 82 kq, 97 kq və 130 kq çəki dərəcələrində mübarizə baş tutub.
Milli üzvləri son yarış günündə 1 qızıl, 2 gümüş medal qazanıb.
55 kq çəkidə Rəşad Məmmədov qırğızıstanlı Ulan Muratbek Uluya (5:1), Rəşad Məmmədov qazaxıstanlı Arsen Jumaya (9:3) və hindistanlı Lalit Lalitə (6:5) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı dünya mükafatçısı və 2 qat Avropa çempionu Emin Seferşayevə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medal əldə edib.
60 kq çəkidə Nihat Məmmədli ABŞ-dan olan Maksvel Hopper Blek (8:0), qazaxıstanlı Yerbol Kamaliev (6:0) və rusiyalı Suner Konunova (3:1), Nihad Quluzadə isə qazaxıstanlı Akjol Tuyakov (8:2), türkmənistanlı Azatcan Açilov (10:0) və rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevə (8:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə komanda yoldaşını ilk xal prinsipinə əsasən üstələyən Məmmədli fəxi kürsünün ən yüksək pilləsinə qalxıb. Quluzadə isə gümüş medala yiyələnib.
72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Saurav Rana (9:0) və macarıstanlı Kristyan İştvan Vantsanı (5:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda iranlı Höccət Həsən Rəzaiyə (3:7), bürünc medal görüşündə isə gürcüstanlı Avropa mükafatçısı Yuri Lomadzeyə 4:7 hesabı ilə məğlub olub.
82 kq çəkidə Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayevə (4:0) və qırğızıstanlı 2 qat olimpiya mükafatçısı, 2 qat dünya və 3 qat Asiya çempionu Akjol Mahmudova (5:2) gücünü göstərsə də, yarımfinalda rusiyalı Adlet Tulubayev (1:6), bürünc medal görüşündə isə rusiyalı İrakli Kalandiya (1:11) ilə bacarmayıb.
97 kq çəkidə Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Giorgi Meliaya sonuncu xal prinsipinə əsasən (2:2), Məhəmməd Əhmədiyev isə təsnifat mərhələsində rusiyalı Artur Sarqsyana 2:7 hesabı ilə məğlub uduzub. Məhəmməd Əhmədiyev ilk təsəlliverici görüşdə ABŞ təmsilçisi Maykl Foya (6:2) qalib gəlsə də, ikinci təsəlliverici görüşdə qırğızıstanlı Uzur Cuzupbekova (2:8) məğlub olub.
130 kq çəkidə Sərxan Məmmədov 1/8 finalda rusiyalı Ali İlyasova 1:3 hesabı ilə məğlub olub. Beka Kandelaki isə qazaxıstanlı Alimxan Sızdıkovla Ali İlyasovu 7:3 hesabı ilə üstələyib. Yarımfinalda rusiyalı Marat Kamparova ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Kandelaki üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Elias Kuosmanenə uduzub – 0:3.
Beləliklə, Azərbaycan millisi cari ildə iştirak etdiyi ilk beynəlxalq yarışda 2 qızıl və 3 gümüş medal qazanıb. Yekunda 128 xal toplayan yığma, komanda hesabında 1-ci yeri tutub. Qazaxıstan 95 xalla ikinci, İran 89 xalla üçüncü olub.














































































