Azərbaycan cüdoçusu Ruslan Paşayev Avstriyanın Lints şəhərində keçirilən Qran Prinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı idmançı finalda braziliyalı Ronald Limanı qızıl xalla məğlub edib.
Bu, Azərbaycan millisinin Qran Pridə ilk medalı olub. Paşayevin özü isə son 33 gün ərzində ikinci dəfə fəxri kürsüyə qalxıb. Daha əvvəl o, fevralın 1-də Paris Böyük Dəbilqəsində bürünc medala yiyələnib.














































































