Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran Pri başa çatıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi beynəlxalq yarışı 4 medalla tamamlayıb.
Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.
Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələnib. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən Azərbaycan millisi 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.
















































































