Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti UFC (Ultimate Fighting Championship) dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
Sportnet.az-ın xəbərinə görə, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Bu çərçivədə 2026-cı il iyunun 27-də Milli Gimnastika Arenasında “UFC FIGHT NIGHT BAKU” təşkil olunacaq.
Qeyd edək ki, ötən ilin iyun ayında Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib.
Las-Veqasda keçirilən görüş zamanı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov
UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə əldə olunan uğurun davamı, eləcə də tərəfdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.



















































































