Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, son yarış günündə milli komanda aktivinə daha 5 medal yazdırıb.
Yığma üzvləri 2 gümüş və 3 bürünc mükafat qazanıblar.
Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) gümüş, Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qızıl, İlkin Qarayev (66 kq) və Zəhra Quliyeva (40 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) bürünc medala yiyələniblər.
Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.














































































