Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük Dəbilqə" turnirinin keçirildiyi Fransanın paytaxtı Parisin "AccorHotels Arena" kompleksində milli komandamızın məşqçi heyəti və üzvləri ilə görüşüb. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, R. Abdullayev Rüstəm Orucovun qazandığı uğurun gələcək yarışlarda davam edəcəyinə inandığını bildirib.
Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher və cüdoçular onlara göstərilən etimada görə federasiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk yarış günündə Rüstəm Orucov 73 kq çəki dərəcəsində gümüş medal qazanıb.