1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 1 qızıl, 1 bürünc - FOTOLAR
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa Kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçiləri 1 qızıl, 1 bürünc medal qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə 60 kq çəki dərəcəsində yer alan Elbrus Zamanov qazanıb. Onun yarımfinalda yendiyi Oruc Vəlizadə isə 5-ci yerlə kifayətlənib.
66 kq çəkidəki İlkin Babazadə bürünc medala sahib olub.
Qadınların mübarizəsində 48 kq çəkidə mübarizə aparan Aişə Qurbanlı da 5-ci yeri tutub. Digər cüdoçularımız - Fəqan Quluzadə, Vüqar Bayramov, İsmayıl Piriyev (hər üçü 73 kq), Vüqar Şirinli Davud Məmmədsoy (hər ikisi 60 kq), Xanım Hüseynova və Validə Mirzəzadə (hər ikisi 63 kq), Şəhanə Alməmmədova (57 kq) mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, Azərbaycanın 19 cüdoçu ilə təmsil olunduğu Avropa Kubokuna bu gün yekub vurulacaq.