1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz Panamerika çempionu oldu - FOTOLAR
Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli tatami sahibi Nikolas Qomes, türkiyəli Əhməd Kaba və argentinalı Hernan Birbrierə qalib gələrək, finala yüksəlib. Həlledici qarşılaşmada o, kanadalı Serjio Pessoaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəki dərəcəsində mübarizə aparan millimizin digər üzvü Elbrus Zamanov 7-ci olub.
48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə 5-ci olub.
Qeyd edək ki, 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 7 idmançı ilə təmsil olunur.