Rusiyanın iki yunan-Roma güləşçisinin orqanizmindən istifadəsi qadağan olunmuş meldonium aşkarlanıb. Sportnet.az-ın məlumatına görə, dopinq-testi müsbət nəticə verən pəhləvanlar Yevgeni Saleyevlə Sergey Semyonovdur.
80 kq çəki dərəcəsində yer alan Saleyev 2014-cü il dünya çempionatında gümüş, "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanıb. O, finalda Azərbaycan təmsilçisi Rafiq Hüseynovu yenib. 130 kq-dakı Semyonov isə 2015-ci il Dünya Kubokunun gümüş mükafatçısı, Avropa Oyunlarının iştirakçısıdır.
Qeyd edək ki, meldonium bu ildən qadağan olunmuş preparatlar siyahısına daxil edilib.