Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Sportnet.az-ın məlumatına görə, çempionatın beşinci günündə finala vəsiqə qazanan 3 sərbəst güləşçimizdən 2-si Avropa çempionu olub.
57 kq çəkidə mübarizə aparan Mircəlal Həsənzadə ardıcıl olaraq Makedoniyadan Elmedin Sejfulau, Bolqarıstandan Mehmed Feraim, yarımfinalda isə Rusiyadan İbrahim İlyasov ilə görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda güləşçimiz türkiyəli rəqibi Barış Kayanı məğlub edib.
74 kq-da güləşçmiz Murad Süleymanov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Gürcü Taiel Qafrindaşvili, İsraildən Hanoc Raçamin, Latviyadan Alberts Jurçenkonu mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda Belarus təmsilçisi Raman Çitadzeni də tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda Türkiyə təmsilçisi Muhammet Kotanoğlu ilə qarşılaşan Süleymanov uduzaraq gümüş medalçı olub.
97 kq-da mübarizə aparan Nurməhəmməd Hacıyev də finala qədər inamla güləşib. Ardıcıl olaraq macar Balasz Attila Juhasz, Rusiyadan Zaynulla Kurbanov, yarımfinalda isə Ukrayndan Murazi Mçedlidzeni mübarizədən kənarlaşdıran təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Polşa təmsilçisi Mateusz Filipczakla qarşılaşan Hacıyev tam üstünlüklə qalib gəlib.
57 kq
1/8 final - Mircəlal Həsənzadə - Elmedin Sejfulau (MKD) 11:0
1/4 final - Mircəlal Həsənzadə - Mehmed Zeyti Feraim (BUL) 12:2
1/2 final - İbrahim İlyasov (RUS) - Mircəlal Həsənzadə 2:6
FİNAL - Barış Kaya (TUR) - Mircəlal Həsənzadə - 4:7
65 kq
1/8 final - Gergely Zsolt Babzsky (HUN) - Teymur Məmmədov 0:6 (tuşe, 48 san)
1/4 final - Teymur Məmmədov - Aleksander Semisorov (GER) 2:3
74 kq
1/16 final - Murad Süleymanov - Tariel Qafrindaşvili (GEO) 16:6
1/8 final - Hanoc Raçamin (ISR) - Murad Süleymanov 0:10 (67 san)
1/4 final - Alberts Jurcenko (LAT) - Murad Süleymanov 2:4
1/2 final - Raman Çitadze (BLR) - Murad Süleymanov 0:11
FİNAL - Muhammet Nuri Kotanoğlu (TUR) - Murad Süleymanov - 5:2
97 kq
1/8 final - Balasz Attila Juhasz (HUN) - Nurməhəmməd Hacıyev 0:10
1/4 final - Zaynulla Kurbanov (RUS) - Nurməhəmməd Hacıyev 4:6
1/2 final - Murazi Mçedlidze (UKR) - Nurməhəmməd Hacıyev 2:7
FİNAL - Mateusz Filipczak (POL) - Nurməhəmməd Hacıyev 0:10
Qeyd edək ki, dörd yarış gününün yekununa görə yığma komandamızın aktivində 1 qızıl, 2 gümüş və 5 bürünc medal vardı.