1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisi Premyer Liqada
Azərbaycan karateçiləri aprelin 8-də Dubayda start götürəcək növbəti Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər. Sportnet.az-ın məlumatına görə, ayın 10-dək davam edəcək yarışa Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Birləşmş Ərəb Əmirliklərində "Al-Ahli Dubai Open"ə 11 nəfərlik heyət yollanıb.
Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayaev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Orxan Heydərli (+84 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (- 68 kq) mübarizə aparacaq. Kata çıxışlarına isə Roman Heydərli ilə Rafiq Əmirov qatılacaq. Onlardan başqa bu yarışda ilk dəfə fiziki qüsurlu idmançı Sahib Əhədov tatamiyə çıxacaq.
Qeyd edək ki, "Al-Ahli Dubai Open" həmçinin milli komandanın mayın əvvəlində Fransada 51-ci Avropa çempionatı qabağı son sınaq yarışıdır.