1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Avropa Kubokunu qazandı
Azərbaycan cüdoçuları Avropa Kubokuna sahib oldular
Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku yarışına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə Azərbaycan milli komandası aktivinə daha 1 medal yazdırıb.
73 kq çəki dərəcəsində çıxış edən Paşa Əliyev Almaniya, Polşa, Avstriya, Ukrayna və Hollandiya cüdoçularını məğlub edərək finala yüksəlib. Lakin həlledici qarşılaşmada sloveniyalı Nik Janusa uduzan Paşayev gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisinin Avropa Kubokunda 10-cu medalı olub. Yarışın ilk günündə Fərid Qəzənfərov (50 kq), Əhməd Yusifov (55 kq), İbrahim Əliyev (60 kq) və Şəfəq Həmidova (44 kq) qızıl, Elçin Hüseynov (60 kq) gümüş, Rəşxan Baxşəliyev, Rəşad Yelkiyev (hər ikisi 50 kq), Yaqub Cavadov (60 kq) və Vüsalə Kərimova (40 kq) isə bürünc medallarına sahib olublar. Bu nəticə ilə Azərbaycan 29 ölkədən 736 idmançının qatıldığı Avropa Kubokunu komanda hesabında birinci pillədə başa vurub.