1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Çempionata tam hazırıq"
"Avropa çempionatına yanvardan hazırlaşırıq. Bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları öncəsi son yarışlardan biridir. Artıq tam hazırıq". Sportnet.az-ın məlumatına görə, bunu cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O bildirib ki, yığma üzvləri ilin əvvəlindən Braziliya, Kuba, Fransa və Almaniyada təlim-məşq toplanışlarında olub, tam gücləri ilə hazırlıq keçiblər: "İndi isə yarış yaxınlaşır. Komandamız, demək olar ki, hazırdır. Güclü heyətə malikik. Hər bir çəkidə güclü idmançılarımız var. 60 kq çəki dərəcəsində Orxan Səfərovla İlqar Müşkiyev, 66 kq-da Tərlan Kərimov, 73 kq-da Rüstəm Orucov, 81 kq-da Abdulhaqq Rəsullu, 90 kq-da Məhəmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov və mən, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri yer alıb. Bunların hər biri Avropa və dünya səviyyəli yarışlarda nəticə göstərmiş cüdoçulardır. Hər birindən nəticə gözləmək olar".
Qeyd edək ki, aprelin 21-də Rusiyanın Kazan şəhərində start götürəcək Avropa çempionatı ayın 24-də başa çatacaq.