1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı cüdoçunun ən böyük uğuru
Azərbaycanlı cüdoçu Rüstəm Orucov karyerasında ilk dəfə Avropa çempionu olub. Sportnet.az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində keçirilən msul turunin qalibi olan 25 yaşlı idmançımız karyerasına hələ ki ən böyük uğura imza atıb.
Belə ki, 73 kq-da çıxış edən Orucov indiyədək yalnız "Qran-Pri"də qalib olmuşdu. Bu, 2012-ci ildə Bakıda, 2 il sonra Tiflsidə olub. O, 2014-cü ildə Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində də çempionluq qazanıb.
2011-ci ildə həm Avropa, həm də Dünya Kubokuna qatılan Orucov müvafiq olaraq gümüş və bürünc medalçı olmuşdu. Onun daha bir medalı isə 2014-cü ildə Samsunda "Qran-Pri"də qazandığı gümüş mükafatdır.
Qeyd edək ki, Orucov 2012-ci ildə London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etsə də, mükafatçı olmayıb.