Gürcüstanın Batumi şəhərində Dünya Çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, yığma komandanın məşqçisi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edən Azərbaycan güləşçiləri turniri 2 bürünc medalla başa vurub.
66 kq çəkidə mübarizə aparan Namaz Rüstəmov və 120 kq çəkidə yarışan Adəm Cəlilov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.