1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rüstəm Orucovdan yarım aya iki medal - YENİLƏNDİ
Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bu gün Azərbaycanın 9 cüdoçusu çıxış edir. Sportnet.az-ın məlumatına görə, kişilərin yarışında 73 kq və 81 kq çəki dərəcələrində üst-üstə 8 təmsilçimiz mübarizə aparır.
63 kq çəkidə isə yeganə qadın cüdoçumuz Gülsədəf Kərimova yer alıb.
73 kq
1/16 final. Rüstəm Orucov Tohar Butbulu (İsrail) 10 saniyəyə ipponla yenib. 1/8 finalda onun rəqibi Maqdiel Estrada (Kuba) olub. Orucov bu görüşdən də rəqibinin passivinə yazılan 3 cərimə xalı hesabına qalib ayrılıb və 1/4 finala çıxıb. Onun növbəti rəqibi Dmitri Kanivets (Ukrayna) olub. Görüş Kanivetsin 17-ci saniyədəcə tətbiq etdiyi ippon sayəsində qələbəsi ilə yekunlaşıb. Orucov təsəlliverici görüşlərə qatılacaq. Bu mərhələdə ilk rəqib Georgios Azoidis (Yunanıstan) olub. Orucov 2 dəqiqə 46 saniyəyə ipponla qalib gəlib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə təmsilçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş, ötənilki Böyük dəbilqənin bürünc mükafatçısı Mikloş Unqvari (Macarıstan) ilə üz-üzə gəlib.
Orucov rəqibinin daha çox - 3 cərimə xalı alması səbəbindən qələbəyə nail olub. Onun özü isə cəmi 2 cərimə xalı alıb. Beləliklə, istedadlı cüdoçu "Böyük dəbilqə" turnirlərindən 6-cı medalına sahib çıxıb. O, həm də son 15 gündə 2-ci medalını qazanıb. Orucov aprelin 22-də Avropa çempionu olub.
Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının "Böyük dəbilqə" turnirində 2-ci bürünc medalı olub. Ötən gün Tərlan Kərimov (66 kq) da bürünc medala yiyələnib.
1/16 final. Vüqar Bayramov Yaromir Yezekə (Çexiya) ipponla qalib gəlib. Növbəti rəqib Georgios Azoidis (Yunanıstan) olub. Bu görüşdə Bayramov uduzaraq, mübarizəni dayandırıb.
1/32 final. İsmayıl Piriyev Fridon Giqaniyə (Gürcüstan) uduzaraq, mübarizəni dayandırıb.
1/16 final. Fəqan Quluzadə Kiyoşi Uematsuyə (İspaniya) 22 saniyəyə ipponla uduzub.
81 kq
1/16 final. Əbdülhəqq Rəsullu Emirhan Yücelə (Türkiyə) qalib gəlib. 1/8 finalda onun rəqibi Takonori Naqase (Yaponiya) olub. Rəsullu ipponla uduzaraq, mübarizəni dayandırıb.
1/32 final. Rüstəm Alimli Konstantin Ovçinnikova (Latviya) uduzaraq, mübarizəni dayandırıb.
1/32 final. Ziya Namazov Seyid Mollayiyə (İran) qalib gəlsə də, 1/16 finalda Eoyn Kuqlana (Avstraliya) uduzaraq, mübarizəni dayandırıb.
1/16 final. Elvin Əhmədli İvan Felipe Silva Moralesə (Kuba) uduzaraq, mübarizəni dayandırıb.
63 kq
1/16 final. Gülsədəf Kərimova Anikka van Emdenə (Hollandiya) uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Tərlan Kərimov (66 kq) bürünc medal qazanıb. İlqar Müşkiyev (60 kq) isə 7-ci olub.