1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millmizin Dünya Kuboku üçün heyəti
Mayın 19-da İranın Şiraz şəhərində start götürəcək yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunda iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, 2 gün davam edəcək yarışa yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında 12 güləşçi yollanacaq.
Yarışlarda Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 98 kq) və Oyan Nəzəriani (130 kq) iştirak edəcək.
Proqrama əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.
Yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edəcək. Azərbaycan güləşçiləri B qrupunda İran, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaq. A qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayacaq.
Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Qeyd edək ki, ötən il keçirilən analoji yarışda Azərbaycanın yunan-Roma güləşçiləri Dünya Kubokunu qazanıb.