1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 3 medal
İspaniyanın paytaxtı Madriddəki cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın sonuncu günü aktivinə daha bir medal yazdırıb.
100 kq çəki dərəcəsində Cəlil Şükürov bürünc medala sahib olub. 90 kq çəkidəki Tural Səfquliyev isə turniri 7-ci yerdə tamamlayıb. Bununla da, Azərbaycan millisi Avropa Kubokunda 3 bürünc medalla yekun vurub.
Qeyd edək ki, yarışın ilk günündə millimizə iki bürünc medalı Elbrus Zamanov (60 kq) və Telman Vəliyev (73 kq) qazandırıb. 26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı turnirdə Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunub.