Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə 2 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 60 kq-da mübarizə aparan Mikayıl Rəhmanov bütün rəqiblərini məğlub edərək, qızıl medala sahib çıxıb.
O, ardıcıl olaraq, almaniyalı Etyen Kinsinceri 1:0, rumıniyalı Aleksandru Solomonu 11:0, bolqarıstanlı Nestar Nestarovu 7:1 və finalda gürcüstanlı Levani Kavjaradzeni 11:2 hesabı ilə yenib.
50 kq çəkidəki Azər Nəsibli finaladək belaruslu macarıstanlı Ksaba Horvatı və Artsem Belausaunu məğlub edib. Son görüşündə isə o, gürcüstanlı Nuqzari Tsurtsumiaya 8:10 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.
74 kq-da Serkan Akkoyun və 96 kq-da Soslan Fanziyev 1/16 finalda mübarizəni dayandırıb.