1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Monqolustanda 1 qızıl, 3 bürünc medal
Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran Priyə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.
100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev mübarizəyə 1/4 finaldan qoşulub. O, əvvəlcə tatami sahibi Xanqal Odbatara qalib gəlib. Kotsoyev yarımfinalda daha bir yerli cüdoçu Ambaselma Bayarsayxan üzərində qələbə qazanıb. Təmsilçimizin həlledici görüşdə də rəqibi Monqolustan cüdoçusu olub. Zelim Kotsoyev final qarşılaşmasında İşdorj Daşdulama qalib gələrək, qızıl medala sahib olub.
90 kq çəkidəki Firudin Dadaşov ilk qarşılaşmasında çinli Rigede Buya uduzub. O, təsəlliverici görüşdə rusiyalı Yevgeni İvanova qalib gəlib. Bürünc medal uğrunda qarşılaşmada isə tatami sahibi Tsetsentsengel Odxu üzərində inamlı qələbə qazanaraq ölkəmizə üçüncü bürünc medalı qazandırıb.
Bununla da Azərbaycan millisi Ulan-Bator Qran-Prisini 1 qızıl, 3 bürünc medalla başa vurub. Ölkəmizə qızıl medalı Zelim Kotsoyev (100 kq), bürünc medalları isə Davud Məmmədsoy (60 kq), Fəqan Quluzadə (73 kq) və Firudin Dadaşov (90 kq) qazandırıb.
Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunurdu.