1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Toğrul Əsgərova uduzan idmançının medalı alındı
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərovun finalda məğlub etdiyi Rusiya təmsilçisi Besik Kuduxov gümüş medaldan məhrum edilib. Sportnet.az-ın məlumatına görə, artıq dünyasını dəyişmiş osetiyalı pəhləvanın gümüş medalı hindistanlı Yogeşvar Dutta verilib.
Kuduxovun yenidən yoxlanılan dopinq-testi müsbət nəticə verib. Onun hansı qadağan olunmuş preparatı qəbul etdiyi açıqlanmır. Hər 3 güləşçi "London-2012"də 60 kq çəki dərəcəsində çıxış edib.
Qeyd edək ki, Besik Kuduxov 29 dekabr 2013-cü ildə 27 yaşında ikən avtomobul qəzası nəticəsində həyatını itirib. O, 4 qat dünya çempionu və "Pekin-2008"in gümüş mükafatçısı idi. Toğrul Əsgərov "Rio-2016"da 65 kq çəkidə keçirdiyi final görüşündə daha bir osetiyalı Soslan Ramonovla qarşılaşıb və məğlub olaraq, gümüş mükafatçı olub.