1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də 7 medal
"Sərhədçi” İdman Olimpiya Kompleksində cüdo üzrə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Sportnet.az-ın məlumatına görə, 49 komandadan 270 cüdoçunun (231 oğlan, 39 qız) iştirak etdiyi yarışda "Qəbələ” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar.
Onlar birinciliyi 7 medalla başa vurublar. Cüdoçular tatamidən 3 qızıl, 2 gümüş, 2 bürünc mükafatla ayrılıblar. Oğlanların yarışında Nəriman Əhmədov qızıl, Rüfət Tağızadə gümüş (hər ikisi 60 kq), İsmayıl İbrahimov (66 kq) və Rüfət İsmayılov bürünc medal əldə ediblər. Qızların mübarizəsində Leyla Şahin (57 kq) və Nərgiz Hacıyeva (63 kq) bütün rəqiblərini qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Lalə Gülbalayeva (70 kq) isə yalnız finalda uduzaraq, gümüş mükafatçı olub.