1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan güləşçiləri İrana yollanır
Noyabrın 17-də İranın İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçiriləcək. Sportnet.az-ın məlumatına görə, 2 gün davam edəcək yarışda məşqçilər Elşad Allahverdiyev və Ruslan Şəmilovun rəhbərliyi altında Azərbaycanın 9 sərbəst güləşçisi qonşu ölkəyə yollanacaq.
Heyətdə Mircavad Nəbiyev (35 kq), Riyad Aslanov (38 kq), Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (47 kq), Məhəmməd Əhmədov (53 kq), Əşrəf Aşirov (59 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov (73 kq) və Fuad Mailov (85 kq) yer alıb.
Yunan-Roma güləşçiləri böyük məşqçi Əfsər Namazəliyev və məşqçi Fuad Alıyevin rəhbərliyi altında yarışa qatılacaq. Heyətdə 10 güləşçi yer alıb. Səbuhi Yunusov (32 kq), Rəşad Məmmədov (35 kq), Tural Mehdiyev (38 kq), Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (47 kq), Murad Əhmədəliyev (53 kq), Vəfadar Cəfərov (59 kq), Ruslan Hədisov (66 kq), Elxan Rəfiyev (73 kq) və Murad Şahrayev (85 kq) ölkəmizi təmsil edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev iştirak edəcək.