1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qadın güləşçimiz finalda
Azərbaycanın qadın güləşçisi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinda qızıl medal uğrunda yarışacaq. Sportnet.az-ın məlumatına görə, 60 kq çəkidə çıxış edən Tatyana Omelçenko həlledici görüşdə ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
4 güləşçi isə bürünc medal üçün yarışacaq. 53 kq əçkidə Anjela Doroqan kanadalı Samanta Stevartla, 63 kq-da Elmira Qəmbərova yaponiyalı Ayana Qempeylə, 69 kq-da isə Elis Manolova qazaxıstanlı Elmira Sizdikova ilə görüşəcək. 55 kq çəkinin bürünc medal görüşündə isə iki azərbaycanlı qadın pəhləvan - Şəbnəm Əhmədova və Alyona Kolesnik yarışacaq.
Bakı İdman Sarayında keçirilən görüşlər saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır. Azərbaycanın sərbəst güləşçiləri ilk yarış günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medallar Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənovun (74 kq), gümüş medal Gitinomaqomed Hacıyevin (70 kq), bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborovun (97 kq) payına düşüb.