1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Avropa Kubokunu qazandı
Çexiyada yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb. Ölkəmizi 90 kq-dan yuxarı çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.