Aprelin 20-də Polşanın Varşava şəhərində cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yığmamız 4 gün davam edəcək mötəbər yarışda 13 cüdoçu ilə təmsil olunacaq.
Aprelin 20 – 22-də cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Ayın 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.
Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə yarışacaq.