1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İki günə 4 medal əla nəticədir"
"İki günə 4 medal əla nəticədir. Bu münasibətlə hamınızı təbrik edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında Azərbaycan yığmasının çıxışını dəyərləndirərkən deyib.
O bildirib ki, medallardan birinin "qızıl" olması yüksək göstəricidir: "Kişilər arasında 7 çəki dərəcəsinin 4-də yarışlar başa çatıb. Bunların 3-də 4 medal, o cümlədən, 1 qızıl medal qazanmışıq. Bu, gözəl nailiyyətdir".
Qeyd edək ki, Avropa çempionatının ilk 2 yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq. Onlardan Uşangi Kokauri (+100 kq) 1/8 finaldan, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) isə 1/16 finaldan mübarizəyə qoşulacaqlar.