1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mundiala yol Avropa çempionatında keçir
Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 14 - 26 iyunda Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.
Avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək dünya çempionatına seçim sisteminə əsasən "köhnə qitə”dən mundiala yollanacaq boksçular yalnız Xarkovda müəyyənləşəcək. Qaydalara görə, dünya çempionatında iştirak hüququ 5 qitənin birinciliyində veriləcək.
Hamburqda 10 çəki dərəcəsinin hərəsində 28 nəfər olmaqla, ümumilikdə 280 boksçu mübarizə aparacaq. Hər çəki dərəcəsində 1 idmançı ev sahibi Almaniyanı təmsil edəcəksə, daha 1 yeri AİBA müəyyənləşdirib, həmin boksçuya "wild card” verəcək. Digər 26 iştirakçı isə qitə çempionatları arasında bölüşdürülüb.
Ən çox yer Avropa çempionatına verilib. "Köhnə qitə” hər çəki dərəcəsində 8 idmançı ilə təmsil olunmaq hüququna malikdir. Bu isə o deməkdir ki, Xarkovda 1/4 finala çıxacaq hər bir boksçu mundiala vəsiqəni təmin edəcək. Yığmamızın dünya çempionatındakı iştirakçıları da Avropa birinciliyində yarımfinalın 1 addımlığınadək irəliləyəcək boksçulardan ibarət olacaq. 1/4 finala yüksəlməyən idmançılar isə "wild card”a ümid edəcəklər.
Dünya çempionatındakı digər yerlər 4 qitə arasında bölüşdürülüb. Asiya və Amerikanın hərəsi hər çəkidə 6, Afrika 4 və Okeaniya 2 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, milli komandamız Avropa çempionatına 10 boksçu ilə yollanacaq.