"Harada çalışmışamsa, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadzeni misal göstərə bilərəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, Karim Rossini iki il izləsə də, isveçrəli hücumçu komandaya gəldiyi vaxt bu cür formada olmayıb: "Üzərində çox çalışır. Əlbəttə, Rossini "Şamaxı"da saxlamaq çətin olacaq. Bu gün çempionatda 9-cu qolunu vurdu. Halbuki, Azərbaycanda 400-500 min alan hücumçular 2 qol vura bilmirlər. Karim da qazanmalıdır, haqqıdır. Ona nə isə deyə bilmərik. Məncə, iddialı komandada oynamalıdır. Müqaviləsi bir illikdir, yayda bitəcək".













































































