1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 4 boksçumuzun ilk rəqibi bilindi
Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 4 boksçusunun ilk rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 52 kq çəki dərəcəsindəki Elvin Məmişzadə 1/8 finalda Manuel Fabritsio Kappai (İtaliya) ilə üz-üzə gələcək.
Dünya çempionunun rəqibinin adı yarışın ikinci günü məlum olub. 1/16 finalda İstvan Şakanı (Macarıstan) 4:1 hesabı ilə məğlub edən italiyalı mərhələ adladığından, 1/8 finalda Məmişzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan Azərbaycan təmsilçisi macarıstanlı rəqibi ilə iyunun 19-da döyüşəcək.
56 kq çəki dərəcəsində rinqə çıxacaq Tayfur Əliyev debütdə Antoni Ceyms Uolkerlə (İrlandiya) gücünü yoxlayacaq. Onun rəqibi 1/16 finalda gürcüstanlı Severlan Çiladzeyə qalib gəlib – 5:0. Əliyevlə Uolkerin döyüşü iyunun 20-də baş tutacaq.
69 kq çəki dərəcəsində mübarizə aparacaq Pərviz Bağırov 1/8 finalda Simyon Çamovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Onun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. 5:0 hesablı qələbə sayəsində Anas Messaudini (Belçika) mübarizədən kənarlaşdıran bolqarıstanlı boksçu ilk mərhələdən azad olan Bağırovla qarşılaşmaq hüququ əldə edib. Bu görüş iyunun 19-da olacaq.
Abdulqadir Abdullayev (91 kq) isə startda Şott Antoni Forresti (Şotlandiya) sınağa çəkəcək. Abdullayev 1/16 finalda Zoran Radiçi (Serbiya) 5:0 hesabı ilə məğlub edib. Şotlandiyalı boksçu ilə qarşılaşma iyunun 20-də keçiriləcək.