
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 finalda hindistanlı Kumar Satişla üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionunun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.
31 yaşlı idmançı 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə döyüşəcək. Görüş avqustun 28-də olacaq.
Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan Bağırov 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Onun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.
Bağırov Byamba ilə sabah üz-üzə gələcək.