1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan güləşçisi dünya 3-cüsü oldu
Litvanın Klaypeda şəhərində hərbçilər arasında keçirilən güləş üzrə 32-ci dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 59 kq çəki dərəcəsində yer alan Murad Məmmədov bürünc medala sahib olub. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi İldar Hafizovu yenib - 9:0.
Sənan Əlimirzəyev (71 kq) və Kərim Cəfərov (66 kq) bürünc medal uğrunda görüşdə uduzaraq çempionatı 5-ci sırada tamamlayıb. Həsən Əliyev (75 kq) məşqdə zədələndiyinə görə yarışlarda iştirak edə bilməyib.
Qeyd edək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.