1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov finalda uduzdu, yığmamız 6 medal qazandı
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan yığması daha bir medal qazanıb.
Həmin medala 100 kq çəki dərəcəsində çıxış edən Elxan Məmmədov sahib olub. Dünya çempionumuz həlledici görüşdə qazaxıstanlı Maksim Rakovla üz-üzə gəlib. Əsas vaxtda tərəflər hərəyə 3 cərimə xalı alıblar. Görüşün taleyi isə qızıl xalla müəyyənləşib. Məmmədov dəqiqənin tamamına az qalmış növbəti cərimə xalı alaraq, gümüş medalla kifayətlənib. Bu gün tatami üzərinə çıxan digər cüdoçularımızdan ən yaxşı nəticəyə 100 kq-dan yuxarı çəkidə Vaxtanqi Bitiyevlə Uşangi Kokauri yiyələnib.
Beləliklə, millimiz "Böyük dəbilqə" turnirini 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub. Daha öncə Orxan Səfərov (60 kq) qızıl, Vüqar Şirinli (60 kq) gümüş, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (81 kq) və Kifayət Qasımova (57 kq) bürünc medal qazanıb.