1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz: “Adamyana uduzacağımı təsəvvür belə etmirdim”
"Final görüşü çətin idi, lakin mən çox səy göstərdim. Bu, prinsipial görüş idi, uduzmaq olmazdı”.
Sportnet.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında dünya birinciliyindən finalda Rusiyanı təmsil edən erməni əsilli Armen Adamyanı məğlub edən cüdo yığmamızın üzvü Zelim Kotsoyev deyib.
100 kq çəki dərəcində mübarizə aparan idmançımız bildirib ki, erməni rəqibi ilə görüşdə yalnız qələbə haqda düşünüb: "Çıxdım və qalib gəldim. Erməniyə uduzacağımı təsəvvür belə etmirdim. Yalnız qələbə üçün çıxmışdım. Avropa çempionatının finalında da bu rəqiblə qarşılaşmış və qalib gəlmişdim. Adamyan bu dəfə revanş götürmək istəyirdi. Yaxşı kökləndim və qələbə qazandım. Komandamıza "çox sağ ol” deyirəm. Yaxşı hazırlaşmışdıq, nəticə də yaxşıdır. Məşqçilərimizə, həkimlərə və federasiyamıza minnətdarlığımı bildirirəm. Təlim-məşq toplanışlarına getməyə şərait yaradırlar və nailiyyətlərimizi get-gedə artırırıq”. (Report)