1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Böyük Dəbilqə" turnirində növbəti medal - YENİLƏNDİ
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirində Azərbaycan milli komandası daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, ikinci yarış günündə Rüstəm Orucov bürünc medala sahib olub. Orucov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 26 yaşlı idmançı ardıcıl olaraq, braziliyalı Aleks Pombo Silva və ABŞ təmsilçisi Nikolas Delpopolonu mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Musa Moquşkova uduzub. Orucov təsəlliverici görüşlərdə isə daha bir rusiyalı Denis Yartsevlə belçikalı Dirk van Tiçelti üstələyərək, bürünc medalla kifayətlənib.
Bu, Azərbaycanın "Böyük Dəbilqə"də ikinci medalı olub. Ötən gün Nicat Şıxəlizadə (66 kq) gümüş medala yiyələnib.
Qeyd edək ki, bu gün Azərbaycanın tatamiyə çıxan digər təmsilçisi Naim Hüseynov (81 kq) ilk görüşdəcə rusiyalı Alan Xubetsova uduzaraq, mübarizəni dayandırıb. "Böyük Dəbilqə"yə oktyabrın 29-da yekun vurulacaq.
Kişilər
73 kq
Bürünc medal görüşü: Rüstəm Orucov - Dirk van Tiçelt (Belçika)
Təsəlliverici görüş: Rüstəm Orucov - Denis Yartsev (Rusiya)
1/4 final. Rüstəm Orucov - Musa Moquşkov (Rusiya)
1/8 final. Rüstəm Orucov - Nikolas Delpopolo (ABŞ)
1/6 final. Rüstəm Orucov - Aleks Pombo Silva (Braziliya)
81 kq
1/6 final. Naim Hüseynov - Alan Xubetşov (Rusiya)