1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bakı birinciliyində 8 çempion
Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən kişilər və qadınlar arasında Bakı çempionatında ilk günə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, paytaxt birinciliyinin birinci günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib.
Qadınların yarışında Şəfəq Həmidova (48 kq, İOEUGİM), Şəfəq Məmmədova (52 kq, "Neftçi"), Buyankşinq Purevsuren (57 kq, "Neftçi"), Ülviyyə Rəhimli (63 kq, I RİOEUGİM), Günel Həsənli (70 kq, "Zirvə-Abşeron") və Şəms Hacıyev (78 kq, UGİM 10) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Kişilərin mübarizəsində isə Balabəy Ağayev (60 kq, "Neftçi"), İman Sultanov (66 kq, "Kano" PİK) çempion olub.
Qeyd edək ki, noyabrın 24-də 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində yarışan kişi cüdoçular arasında qaliblər müəyyənləşəcək və bununla da Bakı çempionatına yekun vurulacaq.